RESTORAN INTOURIST 

Intourist restoranı – Bakıda müəllif mətbəxi olan ilk restorandır. Ona da başçılıq edən bizim təcrübəli baş aşpaz Andrey Orlov və onun köməkçiləridir. Intourist menyusunda eyni zamanda dörd mətbəx – bakılıların adət etdiyi Qafqaz və Slavyan və daha iki, çoxlarına tanış olmayan – Baltikyanı və Orta Asiya mətbəxi təqdim olunub. Menyuda ənənəvi pelmenlər, ətli uxa, Belorusiya dranikləri, bakılıların sevimli kababları və dolma qarşınıza çıxacaq. Ədviyyalı şərq yeməkləri – şurpa, doyumlu mantı, lağman və gizli reseptlə bişirilmiş Asiya plovu isə sizin üçün yeni bir kəşf olacaq. Baltikyanıdan qeyri-adi və yüngül yeməklərin – seppelinlərin, Intourist restoranının hiti – zərif "Kama" desertinin, qızıl balıqlı və ya kilkəli smorrebrodların yemək həvəskarlarını təəccübləndirəcəyinə əminik! Şəhərin qonaqları və əlbəttə ki bakılılar 7:00-dan 00:00-dək şef özünəməxsus və nəfis, minimalistik təqdimatında keçmiş sovet respublikalarının mətbəxindən ləzzətli yeməklərlə özlərinin və dostlarının könlünü xoşlandıra bilər. Restoranın özəlliyi onun taxta sobası olan açıq mətbəxindədir – şef inanılmaz dadlı qara çörəyi elə oradaca bişirir. Menyu və qiymətlərlə buradan tanış ola bilərsiniz.

Burada isə çay dəstgahı menyusuna baxa bilərsiniz.

 

Restoran vaxtları: 

Səhər yeməyi həftə içi 07:00 - 10:30 arası fəaliyyət göstərir.Həftə sonları isə 11:00-a qədər davam edir
Günorta yeməyi 12:00 till 15:00
Axşam yeməyi 18:00 till 23:30 

Rezevr üçün, zəhmət olmasa əlaqə saxlayın: +994 12 310 3310.

 

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later
Üzr istəyirik, şərhlər mövcud deyil. Otel 2015-in yayı açılmaqdadır