Absheron Hotel Group Bakının tam mərkəzində yeni oteli, INTOURIST OTEL BAKI-nın açılışını elan edir


BAKI – 5 MAY, 2015 

ABSHERON Hotel Group, bu qrupa aid olan daha bir otelin – İntourist Otel Bakı-nın açılışını və Marriott brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların cəmləndiyi Autograph Collection-un rəsmi üzvü olduğunu elan etməkdən qürür hissi duyur. İntourist Otel Bakı bu qrupa daxil olan dörd oteldən biridir. İlk otel, 167 otaqlı Pik Palace oteli 2013 cü ilin Dekabr ayında, Park Chalet Şahdağ oteli isə 2015 ci ilin Yanvar ayında Şahdağ Dağlıq Kurortunda istifadəyə verilmişdir. 2015-ci ilin May ayında qrup daha bir möhtəşəm oteli 818 otaqlı Boulevard Otel Bakı-nı öz portfelinə əlavə edəcəkdir.

İnturist Bakı otelinin arxitekturası 1934-cü ildə inşa edilmiş və memar Şusevin layihəsi olan Köhnə İnturist otelindən ilhamlanaraq yaradılmışdır. Öz unikal xüsusiyyətləri ilə Yeni İnturist oteli Bakının ilk İnturist otelinin xatirələrini canlandırır. Yeni tikilmiş və müasirləşdirilmiş bu bina fərdi stilli abu-havası ilə yüksək standartlara uyğun eleqant yerləşdirmə təklif edir. Otelin 150 qonaq otağı və suitləri müasirliyin və rahatlığın göstəricisidir. Bütün qonaq otaqları lüks yataqlar və avadanlıqlar, xüsusi hamam avadanlıqları və ən son texnologiyalar ilə təmin edilmişdir. Əksər otaqlar Xəzər dənizinə və Bakı Bulvarına açılan panoramik mənzərə ilə seçilir.

İntourist Otelinin B&B Club Restoran, Bar və Lounge-u mezanin mərtəbədə yerləşir və bu restoran odunla işləyən açıq mətbəxi, yarım fərdi yemək ərazisi və dəniz mənzərəli yaşıl terrası ilə göz oxşayır. Restoranın menyusuna dünyaca məşhur burqer çeşidləri, steyklər, təzə salatlar və digər yeməklər daxildir. B&B Club Bubbles Bar Bakıda yeganə şampan barı olaraq fəaliyyət göstərəcək və burada 30 növdən çox şampan və araq çeşidləri, o cümlədən müxtəlif illərə aid çaxırlar qonaqlara təqdim olunacaqdır. Geniş lounge ərazisi kamen ətrafında rahatlaşmaq və günorta çayı yaxud nahardan öncə kokteyllər dadmaq üçün ideal məkandır.

Day SPA və Sağlamlıq Zalı dəniz mənzərəli fitnes zalı, sauna, buxar hamamı və ayrıca duş kabinləri, dəyişmə otaqları və  tualet ərazisi olan  2 spa otağı qonaqların rahatlığı üçün nəzərdə tutulmuşdur. Cütlük otaqları iki masaj çarpayısı və su proseduraları üçün vannadan ibarətdir. Otelin bütün digər əraziləri kimi, spa ərazisi də müasir, fərdi və universal dizaynı ilə göz oxşayır.

İnturist Otelinin çox funksiyalı “Otaq 1934” otağı asanlıqla müxtəlif tədbirlər üçün xüsusi məkana çevrilə bilər və burada fasilələr zamanı çay, kofe və digər içkilərin təqdim olunması üçün uyğun ərazi kimi fəaliyyət göstərə bilər. Kitabxana və yaxınlıqda yerləşən Lounge ərazisi geniş divanları və modern və eyni zamanda klassik kresloları ilə oturmaq üçün uyğun məkandır. Kitabxananın daxilində, iclas otağının yaxınlığında yerləşən Biznes mərkəzində iki iş stolu vardır.

Absheron Hotel Group-un İcraçı Direktoru Mark Ehler: “Biz Bakının ən böyük əfsanələrindən olan İnturist otelinin yenidən canlanmasına və müasir qonaqpərvərlik sənayesində aparıcı mövqe tutacaq konsept yaradılışında iştirak etdiyimizə görə çox həyəcanlıyıq. Mən əminəm ki, İnturist oteli öz fərqli mühiti, unikal yemək çeşidləri, fantastik yerləşmə və ən vacibi qonaqpərvərliyi ilə Bakı otel biznesində özünə layiqli yer tutacaqdır”

İnturist Bakı Otelinin Baş Meneceri Marko Rabiya təyin edilmişdir. 2013-cü ildə Absheron Hotel Group-a daxil olduğu gündən, Pik Palace və Park Chalet Şahdağ Otellərinin açılışında Otel Meneceri kimi fəaliyyət göstərmişdir. Marko Rabbiya demişdir: “Bu cür 80 illik tarixi olan “köhnə” otelin fəaliyyətində iştirak etmək böyük şərəfdir. Bizim məqsədimiz “köhnə” İnturist Otelinin illər boyu davam edən əzəmətini saxlamaqla, müasir dövrdə Bakıda ən tələbatlı otele çevrilməkdir”.

“ABSHERON Hotel Group”

“ABSHERON Hotel Group” Azərbaycanda yeni otel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli otel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “ABSHERON Hotel Group”un təsis olunmasını şərtləndirib və buna təkan verib. Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir. “ABSHERON Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir. Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com

“Autograph Collection”

“Autograph Collection”un prizması Kolorado dağlarında 15 otaqlı butik otellərdən Praqada XIX əsrə aid neoklassik saray stilli otellərədək geniş çeşidli otellər qrupudur. Əminliklə demək olar ki, hər bir hotel keyfiyyəti, orijinallığı, güclü tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq “Autograph Collection”un fərqli hotellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanmışdır.

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later
Üzr istəyirik, şərhlər mövcud deyil. Otel 2015-in yayı açılmaqdadır